Pişik Feliks
Pişik Feliks (ing. Felix the Cat) — səssiz kino dövründə meydana çıxmış insanabənzər pişik, cizgi filmi qəhrəmanı. Qara bədən, ağ gözlər, geniş gülüşü və sürrealist situasiyalar Feliksi multiplikasiya tarixində ən tanınan personajlardan biri etmişdir. Pişik Feliks tamaşaçının diqqətini adi filmlərə cəzb edə bilən ilk animasiya personajıdır.
Bütün zaman ərzində Feliksin görünüşündə dəyişilməz hissə onun rəngi idi: ağ sifətli və ağ gözlü qara bədən.
İlk əvvəl, Feliks ağırtərpənən və əsl pişiklərə çox oxşayırdı. Onun qeyri-proporsional şəkildə dayanmaları amerikan animasiyasının insanabənzər personajları üçün ənənə oldu: Mikki Maus, Baqz Banni, Vudi Vudpeker və başqaları.
Onun daha girdə forması Bill Nolanın işə qarışmasından sonra peyda oldu. Rəssam hesab edirdi ki, bu komiksin ənənələrinə uyğun olaraq, onu cəld şəkildə şəkməyə icazə verirdi.
Səssiz kinolar dövründə Feliks pişiyini multiplikasiya personajlarının Çarli Çaplini adlandırırdılar.